İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında əməliyyatlar zamanı mülki vətəndaşların həlak olması kontekstində Fransa Silahlı Qüvvələrinin Malidə toy mərasimini səhvən vurduğunu xatırladıb.
BUTA.TV xəbər verir ki, bu barədə B.Netanyahu Fransanın LCI telekanalına müsahibəsində bildirib.
"Biz mülki əhalinin tələfatının qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Məsələn, Malidə fransız əsgərləri terrorçuların liderlərinə hücum edib və təsadüfən toy mərasimini bombalayıblar. Üç terrorçu öldürülüb, çoxlu sayda dinc sakin həlak olub. Bu faciədir. Lakin mən deməzdim ki, Fransa Prezidenti Emmanuel Makron hərbi cinayətkardır və Fransa ordusu bunu bizim kimi qəsdən edib”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, İsrail ordusunun Rəfahda qaçqın düşərgəsinin bombalaması nəticəsində onlarla insan həlak olmuşdu.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı