Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb.
BUTA.TV xəbər verir ki, Rumıniyanın “Transelectrica” elektrik şəbəkələr operatoru Azərbaycanın “Azərenerji” ASC, “Gürcüstan Dövlət Elektrik Şəbəkəsi” və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən yaşıl enerji üzrə birgə müəssisənin yaradılması barədə Anlaşma Memorandumu imzalayıb.
“Müəssisənin əsas məqsədi “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsidir. Bununla bağlı saziş dörd ölkənin hökuməti tərəfindən imzalanıb. “Yaşıl enerji dəhlizi” – Avropa Komissiyanın dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətinin reallaşdırdığı layihədir. Bu layihə regional enerji potensialını möhkəmləndirəcək və Avropa İttifaqının enerji keçidinin məqsədlərinə uyğun olaraq rəqabətqabiliyyətli qiymətlərlə bərpaolunan mənbələrdən elektrik enerjini təmin edəcək”, - deyə “Transelectrica”nın məlumatında deyilir.
Layihənin məqsədi Avropa və Qafqaz regionlarında “təmiz enerji” istehsalının və mübadiləsinin qiymətləndirilməsi, bu cür mübadiləni asanlaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasıdır.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı