Ukrayna ordusunun azərbaycanlı hərbçisi Emin Əsabəli oğlu Yüzbaşiyev Zaporojye istiqamətində itkin düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayev məlumat yayıb.
Məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.
Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı