Əskişəhər Azərbaycanlıları Dərnəyi Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirir.
BUTA.TV xəbər verir ki, ilk tədbir Anadolu Universitetində keçirilib. Belə ki, universitetdə Hüseyn Cavadzadənin “Rəsulzadə - ən səmimi sevgiylə” filmi nümayiş etdirilib. Tədbirdə filmin müəllifinə plaket təqdim olunub.
Digər bir tədbir Ankarada M.Ə.Rəsulzadənin məzarı önündə baş tutub. Tədbir zamanı Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, Rəsulzadənin, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi ilə birgə keçirilən tədbirdə doktor Cavid Aydın, Sirac Yaquboğlu və Arzuman Azaflı cümhuriyyət dövrü tarixindən danışıblar. Tədbirdən sonra Türkiyə dövlətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarı ziyarət edilib.
Bu gün isə Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər konsert proqramı ilə davam edəcək.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı