Hər gün sülh müqaviləsi imzalamaq üçün gözəl fürsətdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan noyabrda Bakıda keçiriləcək COP-29-un sülh müqaviləsinin imzalanması üçün əla fürsət olması ilə bağlı bəyanatları şərh edərkən bildirib.
“Problem ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılığa gəlmək lazımdır. Ümid edirəm ki, razılıq əldə olunacaq, daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində əks etdirilməsi qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var.
Görəndə ki, bu iş başa çatıb, nəticələr yekunlaşıb və biz imzalamaya keçməliyik, yeri və vaxtı müəyyən etmək daha sonra müzakirə olunacaq başqa bir məsələdir. Mən deyə bilərəm ki, indi bizdə ab-havada ciddi dəyişiklik var, lakin bu, finişə çatdığımız anlamına gəlmir”, - o bildirib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı