Şimali Koreya Cənubi Koreyaya içində zibil olan 150-dən çox şar göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Seulun Birləşmiş Qərargah rəislərinə istinadən məlumat yayıb.
Məlumata görə, şarlar mayın 28-i axşam saatlarında sərhədi keçməyə başlayıb və ölkənin müxtəlif yerlərinə düşüb. Balonların içərisində plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və peyin olub.
Cənubi Koreyadan gələn təbliğat materialları bütün ölkəyə yayıldıqdan sonra Şimali Koreya zibil balonlarının buraxıldığını elan edib.
Qeyd edək ki, Şimali Koreyadan Cənubi Koreyaya qaçmağı bacaran insanlar uzun illərdir ölkə ərazisinə Kim Çen İni tənqid edən vərəqələr dolu şarlar göndərirlər.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı