Səhər saatlarında Yəmən ərazisindən hücuma məruz qalan ticarət gəmisi növbəti dəfə raketlə vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında deyilir.
Bildirilib ki, hadisə Qırmızı dənizdə, Moha limanından 33 dəniz mili şimal-qərbdə baş verib.
"Ticarət gəmisinin kapitanı növbəti raket zərbəsi barədə məlumat verib. Gəmiyə yeni ziyan dəyib. Ekipaj təhlükəsizlikdədir, gəmi təyinat limanına doğru gedir. Koalisiya qüvvələri insidentin səbəblərini araşdırır", - deyə bildirilib.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı