Bu günü Azərbaycan xüsusilə xoşbəxt bir atmosferdə - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk X hesabında 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında bildirib.
"106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb, eyni zamanda Azərbaycan parlamenti də yaradılıb. Azərbaycan xalqına dayanıqlı sülh, əmin-amanlıq, azad olunmuş ərazilərin yenidən qurulması və inteqrasiyasını arzulayıram!", - paylaşımda deyilib.
O.Kondratyuk həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib:
"Davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisində humanitar minatəmizləmə işinə verdiyi maddi töhfəni yüksək dəyərləndiririk".
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı