İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə İLNA agentliyi məlumat yayıb.
“Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İLNA-ya müsahibəsində seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “yox” cavabını verib”, - agentlik bildirib.
Qeyd edək ki, bir müddət İran mətbuatı ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısına keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə etmişdi.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı