Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
BUTA.TV xəbər verir ki, agentlik rəsmiləri Ulu Öndər Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Səfər çərçivəsində Türkiyə Respublikası Mədən və Neft İşləri Baş İdarəsi ilə səmərəli əməkdaşlığın təşkili və perspektivlərin dəyərləndirilməsi istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ankara səfəri iki qurum arasında ötən il imzalanan Niyyət Protokolu əsasında baş tutub.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı