İranda etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Zahidan və Xaş şəhərlərində silahlı qarşıdurma olub.
BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, ötən gecə yerli vaxtla saat 20:00 radələrində Zahidan şəhərinin Besət küçəsində baş verən atışma nəticəsində 19 yaşlı Nasir Kaşanı həlak olub, 4 nəfər isə yaralanıb.
Əyalətin Xaş şəhərində iki minik avtomobilinin atəşə tutulması nəticəsində isə 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Qeyri-rəsmi məlumatlarda ölü və yaralı sayının daha çox olduğu bildirilib.
Hadisənin naməlum silahlılar tərəfindən törədildiyi qeyd edilib, təfərrüatı barədə əlavə məlumat verilməyib.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı