Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə AB nümayəndəliyinin Feysbuk hesabında paylaşım edilib.
“AB Nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir! AB Azərbaycanla olan stabillik, rifah və qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönələn, eləcə də vətəndaşlarımızın rifahı naminə üzləşdiyimiz problemləri həll etməyə çalışan tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycanın ev sahibliyi edəcəyi və Bakıda keçiriləcək COP29, iqlim fəaliyyəti və “yaşıl keçid” sahəsində əməkdaşlıq üçün əlverişli imkan yaradır. Biz Azərbaycana və onun xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq”, - paylaşımda bildirilib.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı