Tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun qızının əri tərəfindən öldürüldüyü iddia edilir.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı məlumatlar sosial şəbəkələrdə paylaşılır. İddialara görə, R.Mahmudovun qızının həyat yoldaşı ilə münasibətləri yaxşı olmayıb.
R.Mahmudov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Bütün bunlar yalandır və kim tərəfindən yazıldığını da bilirəm. Mənim qızım sağ-salamatdır, ailəsində də hər şey, şükür Allaha, qaydasındadır. Əslən Füzuli rayonundan olan bir nəfər var, illərdir mənim və ailəm barədə yalan məlumatlar yazdırır. Bir dəfə də yazmışdı ki, "Rəşid Mahmudov öldü və öldükdən sonra vəsiyyət elədi". Bir adam da demir ki, adam öləndən sonra vəsiyyət edərmi? Bu cür yalan məlumatları tirajlamamağınızı rica edirəm. Mənim qızım da, özüm də sağ-salamatıq".
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı