Rusiya aktivlərindən əldə edilən gəlirləri silah almaq üçün istifadə etməyə imkan verəcək sənədləri razılaşdırmalıyıq.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə AB diplomatiyasının rəhbəri Jozep Borrell çıxış edib.
"Onlar (sənədlər - red.) bu həftə baxılmaq üçün daimi nümayəndələrə təqdim olunacaq. Bunun necə gedəcəyi, AB dövlətlərinin hansı mövqe tutacağı haqda heç nə deyə bilmərəm. Amma mən AB-yə üzv dövlətlərə müraciət etmək istərdim: xahiş edirəm, onları bloklamayın, əks halda bu aktivlərdən əldə olunan gəlir cari hesablarımızda saxlanılmalı olacaq", - Borrell vurğulayıb.
Qeyd edək ki, daha öncə Borrell açıqlamasında AB-nin Sülh Fondu adlanan qurumdan Ukraynaya 5 milyard avro dəyərində hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı 7 layihənin bloklandığını bildirib.
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video