Afət Bakıya gəlib, lap gözəl. Kim dedi ki, onu saxlayacaqlar? Gəldiyi kimi də gələr, məhkəmədə söylədiyi təhqir və böhtanlara cavab verər.
Bu sözləri Kult.az-a xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının Bakıya dönməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Afət iddia etdiyi kimi həbs olunmaq üçün deyil, məhkəmədə iştirak etmək üçün axtarışa verilib:
“Afət Fərmanqızı həbs olunmaq üçün axtarışda deyildi. Məhkəmə zalına məcburi gətirlməsi üçün qərardad çıxarılıb. Sual Binəqədi Polis İdarəsinə olmalıdır ki, iki ildir axtardığınız şəxs Bakıdadır. Nərimanov Rayon Məhkəməsi onun 70-dən çox təhqir və böhtanını təsdiqləyib, cərimə də olunub. Apellyasiya Məhkəməsi də Afətin vəsatətini qəbul etmədi. Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında proses gedir. Məcburi iştirakı təmin edilməlidir, gətirilsin, söylədiyi nalayiq, təhqir və böhtanlarının məhkəmədə izahatını versin”.
Qeyd edək ki, Afət Fərmanqızı axtarışda olmağına baxmayaraq, Bakıya qayıtdığı haqda video yayıb.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava