İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın dini lider Əli Xamenei ilə dərin ixtilafını əks etdirən video yayılıb.
BUTA.TV xəbər verir ki, videoda keçmiş prezidentin müşaviri Abbas Əmirifər Əhmədinejadla dialoqu haqda danışıb.
“Mən Əhmədinejada dedim ki, sənin hamı ilə problemin var, bu səni populyar edə bilər, ancaq rəhbər Əli Xamenei ilə bağlı belə etmək olmaz! O dedi ki, təsadüfdən, bizim problemimiz elə onunladır”, - keçmiş müşavir bildirib.
Yerli ekspertlərin fikrincə, Əli Xamenei ilə Əhmədinejadın ixtilafını əks etdirən videonun növbədənkənar prezident seçkiləri ərəfəsində yayılması Mahmud Əhmədinejadın prosesdən uzaqlaşdırılmasına hesablanıb.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video