Prezident seçkiləri üçün namizədliyimi irəli sürüb-sürməyəcəyimi düşünür, mövcud şəraiti dəyərləndirirəm.
BUTA.TV xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad evinin qarşısına toplaşaraq, ondan namizədliyini irəli sürməsini istəyən tərəfdarları qarşısında danışarkən deyib.
“Prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib-keçməyəcəyimə qərar vermək üçün şərtləri yoxlayıram. Ölkədə şirin dəyişikliklər gözləmək lazımdır və proseslərin gedişatı xalqın xeyrinədir”, - Əhmədinejad bildirib.
Mühafizəkar qanada mənsub olanlar keçmiş prezidentin ölkədə “şirin dəyişikliklərin baş verdiyi” barədəki fkirlərini onun İbrahim Rəisinin ölümündən məmnun olması ilə əlaqələndiriblər.
Qeyd edək ki, seçkilərdə iştirak edəcək namizədlər mayın 30-dan qeydiyyata alınacaq. Növbədənkənar prezident seçkiləri isə iyunun 28-də keçiriləcək.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video