Tiflisdə 26 may – Gürcüstanın Müstəqillik Günündə minlərlə vətəndaş “xarici agentlər” haqqında qanuna qarşı etiraz aksiyasına çıxıblar.
BUTA.TV xəbər verir ki, minlərlə insan Tiflisin mərkəzində Melikişvili prospekti ilə yürüş etmək üçün toplaşıb.
Mayın 26-da qeyd olunan Müstəqillik Günü münasibətilə keçirilən mitinqdə prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze “xarici agentlər” haqqında qanunla bağlı mübahisələr fonunda bir-birlərini milli maraqlara xəyanətdə ittiham ediblər.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu qəbul edib. Prezident Salome Zurabişvili buna veto qoyub, lakin parlamentin bunu ləğv etmək imkanı var.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava