Nə NATO baş katibi, nə də ayrı-ayrı dövlətlə Alyansın yerinə qərar verə bilməz.
BUTA.TV xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krozetto NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı bəyanatına cavab olaraq deyib.
“NATO-nun baş katibi və ya hər hansı bir ölkə hamı üçün xətti müəyyən edə bilməz. Bu, həm Stoltenberqə, həm də Fransa Prezidenti Emmanuel Makrona aiddir. Makron Ukraynaya əsgərlərimizi göndərəcəyimizi söyləyib. Qərarlar iyulda Vaşinqtonda keçiriləcək sammitdə veriləcək. Fərdi çıxışlar heç nə demək deyil”, - nazir bildirib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava