Bu gün ölkədə Gürcüstanın suverenliyinin və müstəqilliyinin keşiyində duran, milli maraqlarını qoruyan bir hakimiyyət var.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkənin Müstəqillik Günü Münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
"Gürcüstan və onun müstəqilliyi hələ də ən çətin sınaqlarla üz-üzədir. Məhz xalqın və onun seçilmiş hakimiyyətinin birliyi və ağlabatan addımları bizə imkan verdi ki, son iki ildə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidenti Salome Zurabişvilinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlayaq”, - Kobaxidze bildirib.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu