Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, güclü yağışlar Ağstafaçay çayının daşmasına səbəb olub.
Çayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın mal bazarı adlanan ərazini su basıb.
Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazini su basıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava