Ötən gecə Tehrandan Təbrizə uçan “İran Air” şirkətinin “Fokker 100” təyyarəsi Ərdəbil hava limanına təcili eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, təyyarənin təcili eniş etməsinə texniki nasazlıq səbəb olub.
“Pilot eniş icazəsi verilənə qədər hava limanının ətrafında bir neçə dəfə dövrə vurmalı oldu. Eniş zamanı təyyarədə kəskin yanıq qoxusu yayıldı, bəzi oksigen maskaları işləmədi və bir neçə sərnişində nəfəs çatışmazlığı yarandı", - sərnişinlərindən biri sosial mediada yaydığı məlumatda bildirib.
Ərdəbil Tibb Elmləri Universitetindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, 4 sərnişində ürəkbulanma və baş ağrıları, 1 nəfərdə isə qulaq ağrıları olub. Onlara təcili tibbi yardım briqadası yerindəcə tibbi yardım göstərib.
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...