Krasnodarda məktəbdə damın uçması nəticəsində 12 uşaq xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Krasnodar Vilayətinin Prokurorluğu məlumat yayıb.
“İlkin məlumata görə, 25 may 2024-cü il tarixində saat 08:18 radələrində Krasnodar şəhəri, Rıleyeva küçəsi 147-də yerləşən məktəb binasının dam örtüyü güclü külək nəticəsində qopub, nəticədə 12 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin sayı dəqiqləşdirilir”, - məlumatda bildirilir.
Krasnodarın Qərb İnzibati Dairəsinin prokuroru Vitali Olxovik hadisə yerinə gedib, hadisənin başvermə səbəbləri və şəraiti ilə bağlı araşdırma təşkil edib.
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...