İnquşetiya rəhbərinin qardaşı Maqomed-Bəşir Kalimatov Meşçanski rayon məhkəməsinin qərarı ilə həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, həbs edilən şəxs əvvəllər “Rusiya poçtu”nun respublika bölməsinə rəhbərlik edib. O, dələduzluq maddəsi ilə cinayət işi üzrə təqsirli bilinir.
Bundan əvvəl Kalimatovun evində axtarış aparıldığı bildirilib. Eyni zamanda, il yarım əvvəl təhlükəsizlik qüvvələri cinayətkar qruplaşmanın fəaliyyətini uğurla dayandırdıqlarını, onların İnquşetiya, Şimali Osetiya və Moskvada Pensiya Fondundan iki milyard rubldan çox vəsait mənimsədikləri barədə məlumat verilmişdi.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü