Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və təhlükəsizliyi ilə alver etməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının ABŞ-ın “Xarici agentlər haqqında” qanunun qəbuluna görə Gürcüstan rəhbərliyinə qarşı sanksiya tətbiqinə hazırlaşmasına cavab olaraq yaydığı bəyanatda qeyd olunub.
“Bir daha demək istərdik ki, biz ölkəmizin suverenliyi və təhlükəsizliyi ilə alver etmək fikrində deyilik. Heç bir şantaj bizi ölkəmizə qarşı addım atmağa məcbur edə bilməz. Belə bir vəziyyətdə sanksiyalar yalnız əks-məhsuldardır və sanksiyaları tətbiq edən tərəfin özünə zərər verir”, - bəyanatda qeyd olunub.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü