Ankara Baş Prokurorluğu və Türkiyə Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində təhlükəsizlik güclərində ölkə rəhbərliyinə qarşı təxribatı təsdiqləyən sübutlar müəyyən edilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Bildirilir ki, mafiyanın Türkiyədə hakim partiyaya qarşı əməliyyat keçirməyə cəhd etməsi versiyası hələ də aktuallığını qoruyur.
Qeyd edək ki, türk milliyətçilərin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü