Gürcüstanın baş naziri İrakli Kobaxidze “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə əlaqədar Avropa komissarı tərəfindən təhdidlərə məruz qaldığını açıqlayıb.
BUTA.TV xəbər verir ki, baş nazir bu barədə yerli mediaya açıqlamasında deyib.
“Uzun sürən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığı zamanı edilən hədə təəccüblü idi. Xüsusən də mənimlə söhbətində Avropa komissarı vetonun dəf edilməsindən sonra Qərb siyasətçilərinin görə biləcəyi bir sıra tədbirləri sadalayıb. O, bu tədbirləri sadalayarkən qeyd edib: "Fitsoya (Slovakiya baş nazirinə qarş sui-qəsd olayı – red.) nə baş verdiyini gördünüz və diqqətli olmalısınız”, - deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, bu kontekstdə Slovakiyanın baş nazirinin taleyinin xatırlanması çox təşviş doğurur.
Qeyd edək ki, Gürcüstan parlamenti ölkə daxilindəki etirazlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib. Gürcüstan prezidenti isə qanunun qəbul edilməməsini tələb edərək ona veto qoyub.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı