Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah Tehranın Şah Əbdül Əzim qəbiristanlığında dəfn ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mərhum xarici işlər naziri ilə vida mərasimi mayın 23-də, Tehranın Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda, yerli vaxtla saat 09:00-da keçiriləcək.
Qeyd edək ki, Prezident Rəisi doğulduğu Məşhəddə dəfn ediləcək. Həlak olanların hamısının dəfn mərasimi sabah baş tutacaq.
Bu gün isə Tehranda Rəisi ilə vida mərasimi keçiriləcək.
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat