Bu gün Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar mayın 21-də saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin, Xəzər rayonu üzrə Kənd Buzovna adlanan ərazinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü