Burada tribunada çoxlu azərbaycanlı yer almışdı.
BUTA.TV xəbər verir ki, bunu İdman.biz-ə cüdo üzrə dünya çempionu Hidayət Heydərov deyib.
Abu-Dabidə keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn cüdoçu azarkeşlərdən böyük dəstək aldığını deyib:
"Hamıdan böyük dəstək görürəm və bunu bütün yarışlarda hiss edirəm. Finalda bizim azarkeşlərin yer aldığı tribunanın qarşısında çıxış edirdim. Sanki Azərbaycanda güləşirdim. Azarkeşlərə dünya çempionatının qızıl medalını borclu idim. Bu sevinci onlara yaşatdığım üçün çox sevinirəm. Çoxlu mesaj almışam. Verdikləri dəstəyə görə idmansevərlərə təşəkkür edirəm".
Qeyd edək ki, Heydərov karyerasında ilk dünya çempionu titulunu qazanıb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü