Amerika kəşfiyyatının məlumatına görə, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer deyib.
“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir, lakin iş hələ də tam araşdırılır”, - o bildirib.
O, ABŞ kəşfiyyatının “qaydasız oyun”a dair heç bir sübut tapmadığını söyləyib:
“Vaşinqton vəziyyəti izləməyə davam edəcək”.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü