Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.
Qeyd edək ki, daha əvvəl Avropa çempionu olan idmançı ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxıb. İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır. İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü