Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter ötən gün qəzaya düşüb. İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olub.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, qəzada İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radanın da öldüyü ilə bağlı məlumatlar yayılmışdı.
“Mehr” agentliyi Əhməd Rza Radanın ölüm xəbərinin yalan olduğunu yazır. Fərəcdəki məlumatlı mənbə agentliyə bildirib ki, Radanın ölüm xəbəri həqiqəti əks etdirmir.
Mənbənin sözlərinə görə, Əhməd Rza Radan hazırda gündəlik işləri ilə məşğuldur.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü