Xəbər verdiyimiz kimi, mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
BUTA.TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu görüşü tarixi adlandırıb.
“Çox gözəl tədbirdir və inşallah xeyirli olacaq. Bu bəndin inşası çox gözəl peşəkarlıqla həyata keçirilib və eyni zamanda Arazın iki sahilini birləşdirən gözəl, rəmzi layihədir”, - İlham Əliyev bildirib.
İran Prezidenti İbrahim Rəisi də bildirib ki, su bəndi aramızdakı gözəl işlərdən biridir və arzumuz da da budur ki, gələcəkdə bu işlərdən çox olsun.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü