FETÖ və FETÖ-yə bənzər quruluşların dövləti zəhərləməsinə, dövlət daxilində feodal və imtiyazlı qruplaşmalar yaratmasına qətiyyən imkan verməyəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Bu prosesdə Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) yanındayıq. Demokratiyaya qarşı olanlara səssiz qalmayacağıq”, - partiya sədri vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan gecə saatlarında kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili toplantı keçirib. Buna səbəb Dövlət Baxçalının dövlət çevrilişi cəhdi ilə bağlı etdiyi xəbərdarlıq olub. Bunun ardınca istintaq başlayıb və həbslər olub. Həbs olunanlar arasında polis rəisləri də var.
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb