Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT Haber” televizyasına müsahibəsində deyib. Onun sözlərinə görə, tezliklə dəhlizlə bağlı qərar veriləcək:
“Yaxın vaxtlarda Zəngəzur dəhlizinin hansı ərazidən - Ermənistandan, yoxsa İrandan keçəcəyinə qərar veriləcək. Bu, bizi türk dünyası ilə birbaşa bağlayacaq bir layihədir. Naxçıvanda artıq xətt (dəmir yolu) var. Birinci mərhələdə o, modernləşdiriləcək, sonra yenidən qurulacaq. Artıq tenderlər elan olunub, amma bu gün başlasaq, təxminən 5 il çəkəcək. Ola bilsin ki, bu xətt 2028-2029-cu illərdə istismara verilsin”.
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama