Bu gün səhər saatlarında evləri Azərbaycan ərazisinə düşən Kirants sakinləri delimitasiya prosesinə mane olmağa çalışıblar.
BUTA.TV xəbər verir ki, “Sputnik Ermənistan” əraziyə Tavuş qubernatoru Ayk Qalumyanın sərhədçilərlə birgə gəldiyi haqda məlumat yayıb. Bildirilib ki, onlar kənddə traktor vasitəsilə delimitasiya işləri aparmağa çalışıblar. Ancaq evləri Azərbaycan ərazisinə düşən kənd sakinləri evlərini tərk etmək istəməyib.
Daha sonra kəndə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan gəlib. O, delimitasiyadan sonra hasar, yol, körpü tikmək planlarını təqdim edib.
Qeyd edək ki, delimitasiya çərçivəsində Kirants kəndində 2 ev, körpü, Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi və ilkin olaraq 50-yə yaxın torpaq sahəsi Azərbaycana keçməlidir.
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama