Mayın 17-də Aşqabadda keçirilən Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkiyənin mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tam tənzimlənməsi çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın qurulmasını müzakirə ediblər.
Nazirlər həmçinin tarixi Ani körpüsünün bərpası məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq