Son günlər taksi fəaliyyəti ilə bağlı bir çox məsələlər müzakirə edilir. Diqqətçəkən məqamlardan biri isə bəzi taksi şirkətlərinin iyunun 1-dən etibarən minimal gediş haqqını 4,5 AZN-ə qədər qaldıracağına dair iddiaların yayılmasıdır.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, “Bolt” taksi şirkətinin yerli nümayəndəliyinin icraçı direktoru Nazim Əzizov yayılan məlumatları feyk adlandırıb.
“Yaxın zamanlarda şirkətin minimal gediş haqqına hər hansı artım etməsi gözlənilirmi?” sualına isə: “Bilinmir”, - deyə cavab verib.
“Uber” taksi şirkətinin yerli nümayəndəliyindən Rüstəm Əzimov isə bildirib ki, sözügedən qiymət artımı ilə bağlı şirkətin baş ofisindən heç bir şərh verilməyəcəyi qeyd edilib.
“Yango” taksi şirkətinə isə məsələ ilə bağlı sorğu göndərsək də, orada sorğumuza cavab verən məsul şəxs tapılmadı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, taksi fəaliyyəti üzrə gediş haqlarının təyin edilməsi qurumun səlahiyyətinə aid deyil.
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq