Ötən gecə İrəvanda Arşakunyats 17 ünvanında yerləşən “Şoppinq Siti” ticarət mərkəzində güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Yanğın siqnalı saat 03:51-də daxil olub. Hadisə yerinə 10 yanğınsöndürmə briqadası, Fövqəladə Hallar Nazirliyinin əməliyyat dəstələri və digər mütəxəssislər cəlb olunub”, - məlumatda deyilir.
İlkin məlumatlara görə, yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib, altı alış-veriş pavilyonu tamamilə məhv olub:
“Ümumi sahəsi 1500 kvadratmetr olan digər ticarət obyektlərinə də ciddi ziyan dəyib. Yanğın saat 06:42-də lokallaşdırılıb, 07:11-də tam söndürülüb”.
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq