Polşa Türkiyədən sifariş verdiyi “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının hamısını əldə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Beyda sosial şəbəkədə bildirib.
“Bu, Türkiyənin “Bayraqdar TB2” dronlarının əvvəllər sifariş edilmiş tədarüklərinin sonuncu partiyasıdır – müqavilə Polşa Hərbi Hava Qüvvələrini gücləndirəcək dörd dəst pilotsuz uçuş aparatının alınmasını nəzərdə tuturdu. Beləliklə, Polşa Qoşunları (Polşa Silahlı Qüvvələrinin qeyri-rəsmi adı – red.) dünyanın bir çox ordularının istismar etdiyi müasir texnika ilə zənginləşir”, – Beyda yazıb.
Xatırladaq ki, Polşa 2021-ci ilin mayında Türkiyədən 24 ədəd “Bayraqdar TB2” PUA-sı sifariş etmişdi.
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim