Yunanıstanın Baş naziri Kiriakos Miçotakis vahid regional hava hücumundan müdafiə sisteminin - Avropa “Dəmir günbəz” sisteminin yaradılması təklifi ilə çıxış edib.
BUTA.TV xəbər verir ki, bu barədə Miçotakis "Skai" telekanalına müsahibəsində danışıb.
“Mən Avropanın hava hücumundan müdafiə sistemindən, Avropanı istənilən təhlükədən qoruyacaq Avropa “çətiri” barədə danışıram”, - o bildirib.
Bildirib ki, təklif üzərində artıq məsləhətləşmələr gedir:
“Bu təşəbbüs Yunanıstana öz hava məkanını qorumaq üçün Avropa ölkələrinin müdafiə potensialından istifadə etmək imkanı verəcək, həmçinin bu məsələdə milli büdcədən asılılığını azaldacaq”.
Qeyd edək ki, “Dəmir günbəz” sistemin tərtibatçıları “Israel Aerospace Industries” və “Rafael Advanced Defence Systems” şirkətləridir.
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim