Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti, AB-nin ticarət komissarı Valdis Dombrovskisi qəbul edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyan Avropa İttifaqının ticarət komissarı ilə “Dünyanın kəsişməsi” layihəsini müzakirə edib.
Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında həyata keçirilən sərhədin delimitasiyası prosesinə, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına dair “Dünyanın kəsişməsi” layihəsinə və onun prinsiplərinə də toxunulub.
Eyni zamanda regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. AB-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin əhəmiyyəti xüsusi vurğulanıb.
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü