Fransanın daxili işlər naziri Jerar Darmanin Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı absurd ittihamlar səsləndirib.
BUTA.TV xəbər verir ki, o, “France 2” telekanalına müsahibəsində Bakını Yeni Kaledoniyadakı iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib.
Darmanin iddia edib ki, müstəqillik tərəfdarları guya Azərbaycanla hansısa “sövdələşmə” bağlayıblar.
Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var.
Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib.
Bundan sonra etirazlar başlayıb.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto