Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Kult.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rəqsanə İsmayılovanın külli miqdarda borcu olduğuna görə Goranboy rayonunda və digər ərazilərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto