Belarus Dəmir Yolu artıq rus hərbi texnikalarını daşıyan qatarları qəbul etməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Dəmiryol İşçiləri Cəmiyyəti məlumat yayıb.
“Bu daşımalar çərçivəsində Rusiya hərbi kontingentinin və texnikasının dəmir yolu ilə Belarus ərazisinə, eləcə də əks istiqamətə daşınması planlaşdırılır”, - məlumatda deyilib.
Həmçinin qeyd edilir ki, planlaşdırılan hərbi daşımaların əsas məqsədlərindən əlavə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən hərbi eşelonların rotasiyalı şəkildə Belarusa və geriyə hərəkəti imkanları da nəzərdən keçirilir.
- Bu yolda sürət həddi endirildi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar