Xəbər verdiyimiz kimi, bu gün Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd edilib.
BUTA.TV xəbər verir ki, Robert Fitso ölkə tarixində 3 dəfə geridönüş edə bilən və üst-üstə 10 ildən çox baş nazir olan şəxs kimi rekorda sahibdir.
O, 15 sentyabr 1964-cü ildə anadan olub. 2023-cü ildən Slovakiyanın Baş naziri vəzifəsini icra edir. Daha öncə siyasətçi 2006-2010-cu illərdə və 2012-2018-ci illərdə baş nazir olub.
O, 1999-cu ildə İstiqamət – Sosial Demokratiya Partiyasını təsis edib.
2010-cu il parlament seçkilərindən sonra Fitso müxalifətdə olan deputat kimi fəaliyyət göstərib, faktiki olaraq müxalifət lideri vəzifəsini icra edib. İveta Radiçova kabinetinə qarşı etimadsızlıq təklifindən sonra Fitso 2012-ci il parlament seçkilərində partiyanı böyük seçki qələbəsinə apararaq, 83 mandat qazanıb və parlamentdə mütləq çoxluğa malik hökuməti formalaşdırdıqdan sonra yenidən baş nazir vəzifəsinə qayıdıb.
15 mart 2018-ci ildə Yan Kuçiakın öldürülməsindən sonra yaranan siyasi böhran səbəbindən Fitso istefasını Prezident Andrey Kiskaya təqdim edib, yeni hökuməti baş nazirin müavini Peter Pelleqrini (yeni prezident seçkilərinin qalibi, vəzifəsinin icrasına 15 iyundan başlayacaq – red.) qurub.
2023-cü il parlament seçkiləri zamanı Fitso Ukraynaya hərbi dəstəyi dayandırmaq üçün kampaniya başladıb.
Olduqca praqmatik, müstəqil və milli siyasət yürütməyə çalışan siyasətçi kimi tanınır. Ukraynada müharibənin qəti əleydarı və Rusiya ilə danışıqların tərəfdarı kimi çıxış edir.
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto
- Bu yolda sürət həddi endirildi