Hazırda Ermənistanın Tavuş vilayəti ilə Azərbaycanın Qazax rayonu arasındakı sərhəddə iki ölkə rəsmilərinin görüşü keçirilir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, Tavuşun Azatamut kəndindən Azərbaycan Qazax rayonuna gedən yolda hərbi polis gücləndirilmiş iş rejiminə keçib.
Səhər saatlarında kənd sakinləri dövlət maşınlarının Azərbaycan sərhədinə getdiyini görüblər. Hazırda Demarkasiya Komissiyalarının iclasının keçirildiyi ehtimal edilir.
Xatırladaq ki, Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndlərinin mayın 15-də – bu gün Azərbaycana təhvil veriləcəyi açıqlanmışdı.
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto
- Bu yolda sürət həddi endirildi