Mayın 15-də İran parlamentində həftənin tətil və iş günlərinin yerlərinin dəyişdirilməsi barədə qanun təsdiqlənib.
BUTA.TV xəbər verir ki, İran parlamentinin qərarına əsasən, cümə və şənbə günləri ölkədə rəsmi tətil günləri elan edilib.
“Şənbə gününün tətil olması iqtisadi baxımdan ölkə üçün çox faydalıdır və ölkənin digər ölkələrlə beynəlxalq əlaqələrində böyük rol oynacaq”, - qanunun müzakirəsində bildirilib.
Qeyd edək ki, İranda həftənin cümə axşamı və cümə günləri tətil, şənbə isə həftənin ilk iş günü idi. Cümə axşamının tətil olması beynəlxalq ticarət əlaqələri baxımından ölkəyə ildə 8 milyard dollar zərər vurub.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto