Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.
"Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə Avion Travel MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto